FUTBOL
Rəqibləri təhqir edən komanda cərimə olunub
Çin Peşəkar Futbol Liqası rəqiblərin paltardəyişmə otağında təhqiramiz yazılar yerləşdirdiyinə görə ikinci liqa təmsilçisi "Çançun Xidu"nu 30 min yuan (4100 ABŞ dolları) məbləğində cərimələyib.
Olimpnews.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 28-də “Çançun Xidu” “Xi An Ronxay”ı qəbul edib. Qonaqlar paltardəyişmə otağında üzərində “Xi An Ronxay məğlub olacaq” - yazısı olan sarı kağız parçaları tapıblar. Həmin matçda Çançun təmsilçiləri 2:0 hesabı ilə qalib gəliblər.
Paylaş :