FUTBOL
"Real"ın "sambaçısı" narahatdır
Madrid "Real"ının hücumçusu Rodriqo yay transfer pəncərəsində klubdan ayrılmağı düşünür.
Olimpnews.az Fichajesinə istinadən xəbər verir ki, Rodriqo düşünür ki, o, yeni baş məşqçi Xabi Alonsonun rəhbərliyi altında kifayət qədər oyun praktikası əldə etməyəcək. Bununla da o, gələn il təşkil olunacaq dünya çempionatında Braziliya millisindəki yerini itirə bilər.
Məlumat üçün bildirək ki, PSJ və "Arsenal" klubları Rodriqo ilə yaxından maraqlanır. 24 yaşlı futbolçunun transfer məbləği isə 90 milyon avro göstərilir.
Paylaş :