FUTBOL
Jotanın ölümü komanda yoldaşına pis təsir edib
"Çelsi"nin portuqaliyalı futbolçusu Pedro Neto həmyerlisi Dioqo Jotanın ölümü səbəbindən klublararası dünya çempionatının 1/4 final matçını buraxa bilər.
Olimpnews.az xəbər verir ki, bu barədə “Çelsi”nin baş məşqçisi Enzo Mareska məlumat verib. "Çətin andır. Pedro çox əsəbidir və biz hamımız onu dəstəkləmək üçün buradayıq. Hələ də sakitləşə bilmir. Onun qərarına hörmətlə yanaşırıq. Əgər oynamaq istəməsə, biz onu israr edə bilmərik», - deyə Mareska vurğulayıb.
Məlumat üçün bildirək ki, “Liverpul”un futbolçu Jota və onun qardaşı iyulun 3-də avtomobil qəzasında dünyasını dəyişib.
Paylaş :