FUTBOL
Niko Uilyamsdan "əli üzülən" "Barselona" yenidən Luis Diasla maraqlanır
Niko Uilyams transferində uğursuzluq yaşayan İspaniyanın "Barselona" klubu yenidən diqqətini "Liverpul"un futbolçusu Luis Diasa yönəldib.
Olimpnews.az insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi daha əvvəl də kolumbiyalı futbolçu ilə marqlanmışdı. Lakin Luis Dias İspaniya nəhənginin təklifinə müsbət yanaşmamışdı.
Qeyd edək ki, "Barselona" rəhbərliyinin transfer planlarında həmçinin, alternativ olaraq karyerasını kataloniya təmsilçisinin heyətində davam etdirmək istəyən Markus Raşford da var.
Paylaş :