FUTBOL
"Əl-Hilal" isveçli hücumçu ilə maraqlanır
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu yay transfer pəncərəsində hücum xəttini gücləndirmək məqsədilə diqqətini İngiltərənin "Nyukasl Yunayted" komandasında çıxış edən isveçli forvard Aleksander İsaka yönəldib.
Olimpnews.az xəbər verir ki, klub rəhbərliyi artıq futbolçunun transferi ilə bağlı rəsmi danışıqlara başladığını təsdiqləyib.
Transfer baş tutarsa İsak bu yay Səudiyyə Ərəbistanı çempionatının ən bahalı oyunçularından biri olacağı gözlənilir.
Paylaş :