FUTBOL
Noni Madueke “Arsenal”da
Londonun “Arsenal” klubu heyətini yeni transferlə gücləndirib.
Olimpews.az xəbər verir ki, klub “Çelsi”nin cinah hücumçusu Noni Maduekeni transfer etdiyini rəsmən açıqlayıb.
Tərəflər arasında imzalanmış müqavilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq. “Arsenal” bu keçid üçün “Çelsi”yə 48 milyon funt-sterlinq əsas, 4 milyon funt-sterlinq isə bonus olmaqla ümumilikdə 52 milyon funt ödəyəcək.
Qeyd edək ki, Madueke daha əvvəl “PSV” və “Çelsi” klublarında çıxış edib.
Paylaş :