FUTBOL
“Napoli” azarkeşlərindən Osimhenə sərt mesaj
İtaliya A Seriyasının nəhəng klubu “Napoli”də gərginlik yaşanır.
Olimpnews.az xəbər verir ki, klubun bəzi azarkeşləri nigeriyalı hücumçu Viktor Osimhenə qarşı sərt pankart açıblar.
Pankartda yazılıb: “Osimhen, cəhalət sənin həyatında həmişə hökm sürəcək. Səfil! Bu klubda Maradonanın oynadığını heç vaxt unutma!”
Qeyd edək ki, V.Osimhen Türkiyənin "Qalatasaray" klubu ilə müqavilə imzalamaga çox yaxındır.
Paylaş :