FORMULA 1
FİA prezidenti yarış sayının əlehinədir
FİA prezidenti Məhəmməd bin Sulayem Formula 1 təqvimində sprint yarışlarının sayının artırılmasının mümkünlüyündən söz açıb. "Kommersiya nöqteyi-nəzərindən mən Domenikalinin mövqeyini başa düşürəm. Dostumla gündə ən azı beş dəfə danışırıq. Amma mən həmişə bizimkilərin əlavə iş yükünü nəzərə alıram. Onlar onsuz da yollarda çox vaxt keçirirlər. Belə olduğu halda yarış sayının artırılması yorğunluqdan başqa bir şey olmayacaq. Burada çoxlu müxtəlif maraqlar var. Hər iki tərəf balanslı olmalıdır”, - deyə Motorsport bin Sulayemdən sitat gətirib.
Paylaş :