FORMULA 1
"Bakıda qalib gəlmək şansımız var idi, amma"
"McLaren»in baş direktoru Zak Braun Britaniya komandasının Azərbaycan Qran-Prisində Konstruktorlar çempionatını erkən qazanmaq şansından danışıb. "Biz öz işimizi görməkdə davam etməliyik. Konstruktorlar çempionatında çox yaxşı görünürük. Bakıda qalib gəlmək şansımız var idi, amma bu alınmadı. Sinqapurda bu qələbəni əldə edə bilərik", - deyə Bloomberg Braunun sözlərindən sitat gətirib.
Məlumat üçün bildirək ki, 17 yarışdan sonra "McLaren"in 623 xalla birincidir. İkinci yerdə olan "Mercedes" 290, "Ferrari" isə 286 xal toplayıb.
Paylaş :