FORMULA 1
Formula 1 Hemiltona başsağlığı verib
Formula 1-in mətbuat xidməti yeddiqat dünya çempionu Lyuis Hemiltonun buldoqu Roskonun ölümünə görə pilota başsağlığı ünvanlayıb.
"Luis Hemiltonun sevimli ev heyvanı olan Roskonun bütün dünyada pərəstişkarları var idi. Bu çətin zamanda fikirlərimiz Lyuisin yanındadır. Ürəyimizdə buraxdığın iz üçün təşəkkür edirik, Rosko", - deyə qeyd olunur.
Məlumat üçün bildirək ki, Rosko pnevmaniyadan sağaldıqdan sonra 2025-ci il mövsümünün Formula 1 paddokunda ilk dəfə Britaniya Qran Prisində görünmüşdü. Lyuis daha əvvəl qocalmış ev heyvanının səhhəti ilə bağlı narahatlığını ifadə etmişdi.
Paylaş :