“Pandemiya dövründə idman siyasətinin təşkili və inkişafı” müzakirə olunacaq

“Pandemiya dövründə idman siyasətinin təşkili və inkişafı” müzakirə olunacaq

Mayın 14-də Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Pandemİya dövründə idman siyasətinin təşkili və inkişafı” mövzusunda onlayn konfrans keçiriləcək.

Konfransda müxtəlif idman növləri üzrə mütəxəssislərin, uşaq-gənclər idman məktəblərinin rəhbərlərinin, idman müəllimlərinin iştirakı nəzərdə tutulub.

Konfransın məqsədi uşaq, yeniyetmə və gənclərin fiziki inkişaf səviyyəsinin yüksəldilməsi, onların fiziki sağlamlıqlarının möhkəmləndirilməsi, inkişaf etdirilməsi və pandemiya dövründə ev şəraitində müntəzəm idman məşğələlərinə cəlb olunması istiqamətində müzakirələrin aparılması, bədən tərbiyəsi və idmanın təbliği işlərinin daha da genişləndirilməsi, uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsidir.

Digər yazılar