UEFA reytinqindəki mövqeyimiz dəyişməyib

UEFA reytinqindəki mövqeyimiz dəyişməyib

Olimpizm xəbərləri

Bugün, 11:09

Azərbaycanın UEFA reytinqindəki mövqeyi açıqlanıb. Ölkəmiz hazırda 21.937 əmsalla 26-cı pillədə qərarlaşıb.

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçları çərçivəsində səfərdə Niderland təmsilçisi "Tvente" üzərində qələbəsindən (1:0) sonra Azərbaycanın hesabına 0.250 əmsal əlavə olunub.

UEFA Çempionlar Liqasının pley-off mərhələsində səfərdə "Hapoel"ə (Beer-Şeva, İsrail) 1:2 hesabı ilə uduzan "Sabah" ölkə əmsalını artıra bilməyib.

Sloveniya (22,843) 25-ci, Slovakiya isə (20.625) 27-ci yerdədir.

Reytinqə 101.907 əmsalla İngiltərə başçılıq edir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR