Dağ-Xizək İdman Federasiyasının prezidenti qar uçqunu zamanı  həlak olub

Dağ-Xizək İdman Federasiyasının prezidenti qar uçqunu zamanı  həlak olub

Qaraçay-Çərkəz Respublikasında məşhur “Dombay” dağ-xizək kurortunda qar uçqunu baş verib. Hadisə nəticəsində iki ədəd xizəklərin icarəyə verilmə məntəqəsi və kafe qarın altında qalıb. Məkanlarda uçqun zamanı 12 nəfərə yaxın insanın olması ehtimal edilir. Onlardan altısı qarın altından köməksiz şəkildə çıxıblar.

Hadisə zamanı bir nəfər həlak olub. Bu, “Dombay” snoubord və Dağ-Xizək İdmanı Federasiyasının prezidenti Hacı Murat Marşankulovdur. Uçqun zamanı o, dağ-xizək avadanlıqları icarəyə verilməsi məntəqələrindən birinin yanında olub. Atasının ölümü barədə məlumatı oğlu Şamil Marşankulova təsdiqləyib. “Bəli, o, atamdır, federasiyanın prezidentidir. Onu xilas etmək mümkün olmadı. Biz gözlənilmədən atəş səsi eşitdik. Yuxarı baxanda isə qar uçqununun aşağı endiyini gördük. Hər kəs uzaqlaşmağa başladı. Bir anda atamın xizək avadanlıqlarının icarəyə verildiyi məntəqənin yanında dayandığını gördüm. O, uçqunun tam mərkəzinə təsadüf etdi. Biz qarın altından çıxdıq və onu axtarmağa başladıq. Lakin nə məntəqə, nə də atam artıq görsənmirdi”,- deyə Ş.Marşankulov bildirib.

Hadisə yerində müstəntiqlər araşdırma aparır. İlkin fərziyələrə görə, uçquna seysmik təsirlərdən sonra hadisə yerindən bir neçə metr uzaqda baş verən qar sürüşməsi səbəb ola bilər.