Daha bir yarış təxirə salındı

Daha bir yarış təxirə salındı

Rusiyada keçiriləcək boks üzrə komanda dünya kuboku koronavirus pandemiyası səbəbindən 2022-ə təxirə salınıb. Bu barədə Beynəlxalq Boks Assosiasiyasının (AİBA) mətbuat xidməti məlumat verib. Qeyd edilib ki, əvvəlcə yarışın 2020-ci ilin oktyabrında keçirilməsi nəzərdə tutulmuşdu. Məlumatda Moskvanın turnirin final mərhələsinə ev sahibliyi edəcəyi vurğulanır. AIBA-nın prezidenti Umar Kremlyev koronavirus pandemiyası ilə bağlı vəziyyəti yaxından izlədiklərini və həkimlərlə əlaqə saxladıqlarını bildirib. O vurğulayıb ki, məhz idmançıların sağlamlığını qorumaq üçün turnirin 2022-ci ilə təxirə salınması qərara alınıb.