Yeniyetmə şpaqaçılarımız dünya birinciliyində mübarizə aparıblar

Yeniyetmə şpaqaçılarımız dünya birinciliyində mübarizə aparıblar

Misirin paytaxtı Qahirə şəhərində keçirilən dünya birinciliyində yeniyetmə şpaqaçıların şəxsi yarışında qaliblər müəyyənləşib.
Təmsilçilərimizdən qrup mərhələsini iki qələbə ilə bitirən Nazilə Rəhimova və Azərin İdriszadə pley-offa yüksəlməyi bacarıb. N.Rəhimova pley-offda özbəkistanlı şpaqaçı Şaxzoda Egamberdiyeva (11:15), Azərin İdriszadə isə yunan idmançı Andriana Teodoropoluya (10:15) uduzub.
Qrup mərhələsini qələbəsiz başa vuran Alfiya Abdinova və hesabında bir qələbəsi olan Fuad Qurbanov isə mübarizəni erkən dayandırıb.