Badmintonçumuz qitə çempionatında iştirak edir  

Badmintonçumuz qitə çempionatında iştirak edir  

Bu gün badminton üzrə milli komandamızın üzvü Edi Reski Dviçayo Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avropa çempionatında birinci görüşünə çıxacaq.
Mübarizəyə onaltıdabir final mərhələsindən qoşulacaq badmintonçumuzun rəqibi müəyyənləşib. Edi qitə çempionatında birinci görüşünü 1/32 finalda moldovalı Kristian Savin üzərində inamlı qələbə (21-10, 21-8) qazanan Niderland təmsilçisi Yoran Kvikelə qarşı keçirəcək.
Qeyd edək ki, turnirdə 39 kişi və 40 qadın badmintonçu iştirak edir.