Puşkaş mükafatının sahibi açıqlandı

Puşkaş mükafatının sahibi açıqlandı

Ötən il üçün Puşkaş mükafatının qalibi müəyyənləşib. İngiltərənin "Tottenhem" klubunun futbolçusu Erik Lamelanın Premyer Liqada "Arsenal"a vurduğu qol ən yaxşı seçilib. Mükafata Çexiya millisinin hücumçusu Patrik Şikin AVRO-2020-də Şotlandiyayaya, həmçinin Portuqaliya "Portu"sunun forvardı Mehdi Tareminin UEFA Çempionlar Liqasında İngiltərənin "Çelsi" klubuna vurduğu qollar da iddia edirdi.