AFFA Hakimlər Komitəsinin avstriyalı sədri ilə yollarını ayırıb

AFFA Hakimlər Komitəsinin avstriyalı sədri ilə yollarını ayırıb

AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlikin iyunun 30-da başa çatacaq müqaviləsinin müddətini uzatmayacaq.

"Olimpnews" xəbər verir ki, milli assosiasiya 2018-ci il sentyabrın 14-dən bu vəzifədə çalışmış avstriyalı mütəxəssisə fəaliyyəti qarşılığında təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

Hakimlər Komitəsinin sədri vəzifəsinə yeni təyinatla bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, daha əvvəl AFFA 21 yaşadək futbolçulardan ibarət milli komandanın serbiyalı baş məşqçisi Milan Obradoviçlə də yollarını ayırıb.