Olimpiya məşəli start götürdü

Olimpiya məşəli start götürdü


Sentyabrın 29-da qədim Olimpiya şəhərində XXII Qış Olimpiya Oyunlarının məşəli alovlandırılıb. Qədim ənənələrə görə, məşəl günəş və xüsusi güzgünin köməyi ilə yandırılıb. Bu mərasimi Gera məbədinin kahinəsi rolunda çıxış edən yunan aktrisası İno Meneqaki həyata keçirib.
Məşəlin alovlandırılmasından sonra estafetə start verilib və bu estafet 2014-cü il fevralın 7-də başa çatacaq. Həmin gün Soçidə keçiriləcək XXII Qış Olimpiya Oyunlarının açılış mərasimi olacaq. Olimpiya məşəlini ilk daşıyan idmançıların adı bəlli olub. Bunlar Yunanıstan xizəkçisi Yannis Antoniu və rusiyalı hokkeyçi Aleksandr Oveçkindir.
Soçi-2014-ün Olimpiya məşəli Moskvanın Vnukovo aeroportuna oktyabrın 6-da gətiriləcək və gərhal Kreml Sarayına təqdim ediləcək. Məşəl üç gün paytaxtda qaldıqdan sonra oktyabrın 10-da Rusiyanın şəhərlərindən və vilayətlərindən keçərək, öz yoluna davam edəcək. Estafetin 130 gün davam edəcəyi planlaşdırılır.