Növbəti ustad dərsləri Sumqayıtda keçirilib
Olimpizm xəbərləri
11.09.2022, 17:12
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə növbəti ustad dərsi keçirilib. Azərbaycanda cüdonun yaranmasının 50 illiyi münasibəti ilə baş tutan tədbir Sumqayıtda "Göyərçin" abidəsinin ətrafında təşkil olunub. Tədbirdə çıxış edən ACF prezidentinin müşaviri, dünya çempionatının mükafatçısı Natiq Bağırov cüdonun idman növü kimi özündə yaşatdığı fəlsəfi mahiyyət, gənc nəslin fiziki və mənəvi sağlamlığına verdiyi töhfədən danışıb. Bağırov ölkədə son illər cüdoya marağın artdığını, federasiya tərəfindən cüdo idman növü üzrə maddi-texniki bazanın inkişaf etdirilməsi ilə bağlı planlaşdırılan işlər barədə də məlumat verib. O bildirib ki, bu cür layihələrin həyata keçirilməsində ACF-in əsas məqsədi idmanla məşğul olan uşaqların, gənclərin sayını artırmaq və cüdo idman növünü təbliğ etməkdir. Daha sonra paralimpiadanın və dünya çempionatının ikiqat qalibi, 8 qat Avropa çempionu İlham Zəkiyev ACF-in belə tədbiri Sumqayıtda keçirməsinin şəhər sakinlərinin ürəyincə olduğunu bildirərək federasiya rəhbərliyinə təşəkkür edib. Daha sonra ustad dərsində Natiq Bağırov, gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli və yeniyetmə cüdoçular Aytən Verdiyeva, Aynur Əfəndiyeva, Şahin Oruczadə, Əbil Yusubov müxtəlif cüdo fəndlərinin yerinə yetirilməsini uşaqlara, gənclərə nümayiş etdiriblər, sakinlərlə səmimi söhbət ediblər və cüdo ilə məşğul olmağa dəvət ediblər. Onlar iştirakçılara cüdonun fəlsəfəsi və cüdoçuların əməl etməli olduqları qaydalar haqqında geniş məlumat veriblər. Praktik cüdo fəndlərinə maraq göstərən şəhər sakinləri, uşaqlar və yeniyetmələr tatamiyə dəvət ediliblər və onlar müxtəlif fəndləri yerinə yetirməyə çalışıblar. Son olaraq iştirakçılar üçün viktorinalar təşkil olunub, cüdo idman növü üzrə müxtəlif suallar verilib və düzgün cavab verən şəxslərə hədiyyələr təqdim edilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycan Basketbol Liqasının I və II turlarında keçiriləcək iki oyun təxirə salınıb
Bugün, 16:53 Basketbol
-
Azərbaycanın U-20 voleybol millisi EEVZA çempionatına Qubada hazırlaşır
Bugün, 15:17 Voleybol
-
Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir
Bugün, 14:40 Olimpizm xəbərləri
-
Üzgüçülərimiz Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
Bugün, 13:52 Su idman növləri
-
Basketbol Liqası: "Sabah" açılış oyununda qələbə qazandı
30.09.2026, 23:22 Basketbol
-
Mingəçevirdə kayak və kanoe marafonunun təqdimatı keçirilib
30.09.2026, 23:11 Su idman növləri
-
"Neftçi" FIBA Avropa Kubokunda əsas mərhələyə vəsiqə qazanıb
30.09.2026, 22:27 Basketbol
-
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
30.09.2026, 21:12 Su idman növləri
-
Voleybolçularımız Avropa çempionatının 1-ci təsnifat mərhələsində iştirak edəcək
30.09.2026, 19:16 Voleybol
-
Boksçularımız Avropa çempionatı üçün Budvaya yollanırlar
30.09.2026, 18:09 Boks
-
Stolüstü tennisçilər Tbilisidən 5 medalla qayıdırlar
30.09.2026, 17:58 Tennis
-
Füzulidə Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətinə dair mətbuat konfransı keçirilib
30.09.2026, 16:47 Su idman növləri
-
Tələbələr üçün praktiki ustad dərsləri təşkil olunub
30.09.2026, 16:03 Cüdo
-
Oyan Nəzəriani: “Çimərlik güləşində iddialı ölkələrdən biriyik”
30.09.2026, 15:11 Güləş
-
“Qarabağ”ın futbolçusu Kərbəla ziyarətinə getdi
30.09.2026, 14:19 Futbol
-
Azərbaycan Alpinizm Federasiyasına yeni prezidenti seçilib
30.09.2026, 14:13 Gündəm
-
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
30.09.2026, 13:13 Formula 1
-
Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək idmançılarımız müəyyənləşib
30.09.2026, 11:11 Velosiped
-
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
30.09.2026, 11:01 Olimpiya dünyası
-
Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür
30.09.2026, 10:24 Basketbol
-
“Neftçi” Avropa Kubokunda cavab oyununa çıxır
30.09.2026, 10:05 Basketbol
-
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
30.09.2026, 00:11 Olimpiya dünyası
-
Köndələn su anbarında uşaq və yeniyetmələr üçün kayak təlimi keçirilib
29.09.2026, 23:18 Su idman növləri
-
“Mingəçevir Reqatası-2026” beynəlxalq yarışına Füzulidə start verilib
29.09.2026, 22:44 Gündəm
-
Tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
29.09.2026, 22:07 Tennis
-
Azərbaycan Basketbol Federasiyasının son mövsümün hesabatı və yeni mövsümün açılışı ilə bağlı tədbir keçirilib
29.09.2026, 20:27 Basketbol
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
29.09.2026, 12:21 Gündəm
-
FIFA prezidenti Azərbaycana gəlib
29.09.2026, 11:55 Gündəm
-
Futzal üzrə U-19 millisi Avropa çempionatında mübarizəyə əsas mərhələdən başlayacaq
29.09.2026, 11:44 Futbol
-
Qadın basketbolçulardan ibarət millimizə baş məşqçi təyin olunub
29.09.2026, 10:49 Basketbol
-
Voleybol üzrə qızlardan ibarət yığmalarımızın yeni baş məşqçisi müəyyənləşib
29.09.2026, 10:39 Voleybol
-
Füzulidə "Mingəçevir Reqatası-2026" beynəlxalq turniri öncəsi sakinlərlə görüş keçirilib
28.09.2026, 18:29 Su idman növləri
-
Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib
28.09.2026, 16:12 Olimpiya dünyası
-
Cüdoçularımız Xüsusi Olimpiya açıq turnirində 5 medal qazanıblar
28.09.2026, 13:18 Cüdo