Oyan Nəzəriani: “Çimərlik güləşində iddialı ölkələrdən biriyik”
Güləş
30.09.2026, 15:11
Ötən həftə Yunanıstanın Katerini şəhərində keçirilən Dünya Seriyasının final mərhələsində uğurlu çıxış edən çimərlik güləşçilərimiz vətənə qayıdıb.
Olimpnews.az xəbər verir ki, ilk dəfə komanda hesabında dünya çempionu olan millimizin Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi keçirilib.
Oyan Nəzəriaini, baş məşqçi: “Çox güclü yarış oldu. Çoxlu sayda iştirakçı var idi. Keçən ilin final mərhələsindən sonra iki qızıl medal qazanmışdıq. Elə həmin yarışdan qayıdandan sonra burada söz verdik ki, gələn il 4 çəkidə iştirak edəcəyik və komanda halında da çalışacağıq ki, iddiamızı önə sürək və şükürlər olsun ki, belə də oldu. Bütün çəkilərdə medal qazanıldı. İki qızıl və iki bürünc medal oldu və komanda halında da dünya çempionu olduq. Çimərlik güləşində iddialı ölkələrdən biriyik. Burada Azərbaycan Güləş Federasiyasının bizə verdiyi dəstək danılmazdır. Vaxtaşırı təşkil edilən yüksək səviyyəli təlim-məşq toplanışları və müxtəlif yığma komandaların ölkəmizə dəvət olunması bizim üçün çox faydalı oldu. İlk dəfə ölkəmizdə çimərlik güləşi üzrə U17 Dünya çempionatı və böyüklər arasında Dünya Seriyasının 4-cü mərhələsinin keçirilməsi xal ehtiyatımızı artırdı. Azərbaycan Güləş Federasiyasına, Gənclər və İdman Nazirliyinə və Milli Olimpiya Komitəsinə daim yanımızda olduqları üçün təşəkkürümüzü bildiririk. Bizim yarışın final günü — 27 sentyabr Anım Gününə təsadüf eləyirdi. Biz bayrağımızı önümüzə qoyduq və yarışın başladığı gün qeyd etdik ki, bu millətin övladları bu millət üçün canından keçiblər, biz də bu millətə borcluyuq. Tələbələrimizə İsmayıl bəy Qaspıralıdan bir cümlə ilə onları motivasiya eləməyə çalışdım: “Millətinə fayda vermək istəyirsənsə, öz bildiyin işdən başla. Sizin bildiyiniz iş də idmandır. Bu gün axıra qədər mübarizə aparaq, millətimizi sevindirək”. Şükürlər olsun ki, elə də oldu. Dünyanın ən yaxşı məşqçisi seçilməyim sevindirici haldır. Mükafatı alanda da dedim ki, bu fərdi mükafatdan əlavə, mənim üçün həm də komanda mükafatıdır. Çünki heç bir şəxs təkbaşına büyük uğurlar qazana bilməz. Ona görə də bir daha yarışda iştirak edən tələbələrimizə, iştirak etməyib yığma komandanın üzvlərinə, məşq prosesində kömək olan tələbələrimizə, yığma komandanın məşqçilərinə, idmançıların şəxsi məşqçilərinə, Güləş Federasiyasına təşəkkür edirəm”.
Vüsal Əliyev, dünya çempionu: “Bu yarışa çox yaxşı hazırlaşmışdıq. Məşqçilərimizin rəhbərliyi altında 5 təlim-məşq toplanışı keçdik. Bildiyiniz kimi, ötən il də dünya çempionu olmuşdum. Titulu qoruyub saxlamağı bacardım. Çox sevincliyəm. Qələbəmi şəhidlərimizə həsr edirəm”.
Əşrəf Aşırov, dünya çempionu: “Çimərlik güləşinə başlayanda heç bilmirdim məni burada nə gözləyir. Ancaq yığma komandanın məşqçilərinin iş planını, sistemini və işə yanaşmalarını gördükdən sonra onlara və uğur qazanacağıma inandım. Dünya Seriyasının 5 mərhələsindən 4-də qızıl medal qazandım. Gələn ilin planını bilmirəm. Hazırda qarşıdan gələn Azərbaycan çempionatına köklənirik. Ondan sonrasını zaman göstərəcək”.
Camal Feyziyev, dünya üçüncüsü: “Bildiyiniz kimi, Dünya Seriyasına 4-cü mərhələdən başladım və həm Bakıda, həm də Katerinidə qızıl medal qazandım. Yekunda dünya üçüncüsü olmağı bacardım. Söz verirəm ki, gələn il bu medalın əyarını qızıla çevirəcəyəm. İnşallah, gələn il bütün çəkilərdə dünya çempionu olarıq”.
Sahib Dadaşov, dünya üçüncüsü: “Ötən il Dünya Seriyasının sonuncu mərhələsində bu yarışlara qoşuldum. Sözsüz, hər idmançı dünya çempionu olmaq istəyər. Son 2-3 ayda zədələr məşqlərdə və yarışlarda çətinliklər yaratdı. Şükürlər olsun ki, mövsümü medalla başa vura bildim. İndi Azərbaycan çempionatına hazırlaşacağam. Bu qələbəmi məndən motivasiya alan tələbələrimə həsr edirəm”.
Rübail İbrahimli, dünya üçüncüsü: “Bu il dünya üçüncüsü oldum. Növbəti il çempion olmaq üçün əlimdən gələni edəcəyəm. Qazandığım medalı bu yaxınlarda dünyasını dəyişən dəyərli məşqçimiz Həsrət Məmmədyarovun ruhuna həsr eləyirəm”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Rəşid Məmmədəliyev: "Güc cəhətdən heç kimdən geridə qalmıram"
06.10.2026, 21:23 Cüdo
-
Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı
06.10.2026, 18:49 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Cüdoçumuz bürünc medal uğrunda görüşə çıxacaq
06.10.2026, 14:44 Cüdo
-
Olimpiya çempionumuz dünya çempionatına qələbə ilə başladı
06.10.2026, 11:12 Cüdo
-
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il üçün keçirilmə tarixləri müəyyənləşib
06.10.2026, 10:41 Velosiped
-
"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır
06.10.2026, 10:05 Basketbol
-
Olimpiya çempionumuz dünya çempionatında mübarizəyə başlayır
06.10.2026, 10:00 Cüdo
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib
05.10.2026, 18:49 Gündəm
-
MOK-da Belarus Milli Olimpiya Komitəsinin prezidenti ilə görüş keçirilib
05.10.2026, 15:33 MOK
-
Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır
05.10.2026, 14:45 Futbol
-
Dünya çempionatı: Cüdoçularımız ikinci yarış gününü medalsız başa vurublar
05.10.2026, 14:25 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuz təsəlliverici görüşdə mübarizə aparacaq
05.10.2026, 13:55 Cüdo
-
Brisben-2032 Oyunlarının rəsmi loqoları təqdim olunub
05.10.2026, 13:26 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Qadın cüdoçumuz 1/4 finalda
05.10.2026, 13:12 Cüdo
-
Karateçimiz Avstriyada qızıl medal qazandı
05.10.2026, 13:06 Olimpiya dünyası
-
Dünya çempionatı: İki cüdoçumuz növbəti mərhələyə vəsiqə qazandı
05.10.2026, 12:19 Cüdo
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə 120-dən çox ölkədən azarkeş gəlib
05.10.2026, 12:09 Formula 1
-
Daha 3 boksçumuz U-17 Avropa çempionatında növbəti mərhələsində
05.10.2026, 11:12 Boks
-
AZSİF-in idmançıları Mersində keçirilən beynəlxalq surfkastinq turnirində birinci olublar
05.10.2026, 10:45 Su idman növləri
-
III Beynəlxalq Xankəndi Ultramarafonunda beş ölkədən 100 atletin iştirakı gözlənilir
05.10.2026, 10:33 Gündəm
-
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
05.10.2026, 10:04 Şahmat
-
Bu gün daha dörd cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır
05.10.2026, 09:38 Cüdo
-
Əhməd Yusifov: "Ölkənin 4-cü dünya çempionu kimi tarixə düşmək sözlə izah edə bilməyəcəyim bir xoşbəxtlikdir"
04.10.2026, 20:35 Cüdo
-
Cüdoçumuz Bakıda dünya çempionu oldu
04.10.2026, 18:57 Gündəm
-
Dünya çempionatı: Əhməd Yusifov qızıl medalın bir addımlığında
04.10.2026, 15:50 Cüdo
-
Cüdoçumuz dünya çempionatının yarımfinalına vəsiqə qazandı
04.10.2026, 15:36 Cüdo
-
Üç cüdoçumuz dünya çempionatında mübarizəni dayandırdı
04.10.2026, 14:55 Cüdo
-
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
04.10.2026, 09:56 Cüdo
-
"Fənərbağça" yoldaşlıq oyununda "Turan Tovuz"a qalib gəlib
03.10.2026, 22:06 Futbol
-
Dünya Kubokunun Bakı mərhələsi yekunlaşdı
03.10.2026, 21:53 Gündəm
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
03.10.2026, 19:10 Cüdo
-
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
03.10.2026, 11:05 Gündəm
-
Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
02.10.2026, 14:45 Su idman növləri
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
02.10.2026, 13:47 Gimnastika