Daha bir paralimpiyaçımız Paris-2024-ə lisenziya qazandı 

Daha bir paralimpiyaçımız Paris-2024-ə lisenziya qazandı 

Üzgüçümüz, paralimpiya çempionu Vəli İsrafilov Mançesterdə keçirilən dünya çempionatında 100 metr brass növündə 1:07.08 saniyə nəticə göstərərək yarışın qızıl medalına sahib çıxıb. Bununla o, Paris-2024 XVII Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.