Voleybol millimiz EEVZA-nın çempionatında mübarizə aparacaq

Voleybol millimiz EEVZA-nın çempionatında mübarizə aparacaq

Azərbaycan millisi Latviyanın Dauqavpils şəhərində 18 yaşadək voleybolçu qızlar arasında təşkil olunacaq Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək. Noyabrın 21-25-də keçiriləcək yarışda 6 ölkənin yığması mübarizə aparacaq. Komandamız Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşa ilə üz-üzə gələcək.

AVRO-2024-ə seçmə xarakter daşıyan turnirin reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.