Almaniyanın Frankfurt Mayn şəhərində yeniyetmə və gənclər arasında boks üzrə beynəlxalq turnir keçirilib. 5 ölkədən110 idmançının iştirak etdiyi yarışdaAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Zenit” Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin boksçuları da mübarizə aparıblar.İdman Cəmiyyətinin boks bölməsi üzrə məşqçi-müəllimi, Əməkdar məşqçi Ceyhun Rüstəmovun rəhbərliyi ilə altında 7 boksçu mükafatlar uğrunda mübarizə aparıb. “Zenit” BTİC İB-in yetirmələrindən Mehran Rəsulov və Yusif Ağakişiyev bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Əhəd Rüstəmli və Yusif Məmmədov isə yalnız finalda məğlub olaraq 2-ci yerlə kifayətlənib.
Nursultan Soltanlı isə turnirin bürünc medalına sahib çıxıb.
Beləliklə, “Zenit” BTİC İB-in yetirmələri 2 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub.