İsveç final mərhələsinə keçə bilməyib

İsveç final mərhələsinə keçə bilməyib

2030-cu il Qış Olimpiya və Paralimpiya oyunlarına ev sahibliyi üçün müraciət etmiş İsveç final mərhələsinə keçə bilməyib.

Bu barədə Beynəlxalq Olimpiya Komitəsi (BOK) məlumat yayıb. Bu xəbər İsveçin Milli Olimpiya Komitəsi üçün gözlənilməz olub.

BOK çərşənbə günü axşam bəyan edib ki, 2030-cu və 2034-cü illərdə Olimpiya oyunlarına ev sahibliyi etməyə namizədlər Fransa və Amerika Birləşmiş Ştatların Solt-Leyk-Siti şəhərləridir.

BOK-un komissiyası Olimpiya konsepsiyasını nəzərdən keçirib və hesab edir ki, Olimpiya oyunlarının keçirilməsinə dəstək verilməsində nöqsanlar mövcuddur, habelə İsveçin öz layihəsini maliyyələşdirmə metodlarında şübhələr var. İsveç Milli Olimpiya Komitəsinə bu konsepsiyanı yenidən işləyib hazırlamaq təklif edilib.

BOK-un gələcək Olimpiya oyunları üzrə Komissiyasının rəhbəri Karl Stoss İsveç layihəsini indiyədək mövcud olanların ən yaxşısı adlandırıb, amma bildirib ki, Stokholm, Or, Estersund, Falun, Latviyanın Siqulda və ola bilər ki, Norveçin Hamara şəhərlərində keçirilməsi təklif edilən yarışlar daha çox pərakəndəlik yarada bilər. K.Stoss deyib: “Biz Olimpiya ruhu yaratmaq məqsədilə yarışların daha az sayda olan məkanda cəmləşməsini istəyirik”.