Supermodel bənövşəyi kəmər alıb

Supermodel bənövşəyi kəmər alıb

Supermodel Jizel Bündhenin həyatında idman həmişə mühüm rol oynayıb. İndi onun 43 yaşı var. Amma nailiyyətlər onu izləməkdə davam edir. Jizel uşaqları Benjamin və Vivian ilə birlikdə ciu-citsu ilə məşğul olur. Bu yaxınlarda supermodel bənövşəyi kəmər əldə edib. Bündhen sosial şəbəkələrində mükafatlandırma mərasimindən kadrları yayımlayıb.

O, makiyajsız, dağınıq saçları və xoşbəxt təbəssümü ilə izləyicilərinin qarşısına çıxıb. Model əvvəlcə övladlarını idman bölməsinə gətirsə də, özü də ciu-citsunun sehrinə düşdüyünü qeyd edib.