Məşhur karate ustası Bakıda seminar keçirib

Məşhur karate ustası Bakıda seminar keçirib

Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyevin dəvəti ilə ölkəmizə gəlmiş dünyaca məşhur karate ustası Hitoşi Kasuyanın rəhbərliyi ilə texniki seminar və qara kəmər imtahanı keçirilib.

Sayca 31-ci ümumrespublika texniki seminarına müxtəlif federasiya və klublardan 100-dən artıq idmançı iştirak edib.

Tədbirdə AKF-in vitse-prezidenti Rəhman Hətəmov, baş katib Qabil Sayadov, federasiyanın idarə heyətinin üzvü Əhməd Əfəndi, gənc və yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi Anar Allahverdiyev və digər şəxslər iştirak ediblər.

Seminar müddətində müasir karatedə olan dəyişikliklər barədə məlumat verən 9-cu Dan qara kəmər sahibi Hitoşi Kasuya, konkret fəndlər üzərində praktik biliklərini nümayiş etdirib. Texniki seminarlar uğurla yekunlaşdıqdan sonra Hitoşi Kasuya yerli idmançılardan Dan qara kəmər imtahanı götürüb.