Fevralın 7-də 2026-cı ildə Milan və Kortina di Ampezzoda keçiriləcək qış Olimpiya və Paralimpiya Oyunlarının maskotları təqdim olunub. Təqdimat mərasimi Sanremo musiqi festivalı çərçivəsində təşkil edilib.
Maskotların seçimində İtaliyanın 82 məktəbinin şagirdləri iştirak ediblər. Ölkənin Katanzaro əyalətindəki məktəbin uşaqlarının çəkdiyi nümunələr münsiflər heyətinin daha çox rəğbətini qazanıb. Şagirdlər maskotların adlarını Oyunların keçiriləcəyi şəhər adlarından götürüblər. "Tina" Olimpiya Oyunlarının, bir pəncəsi əskik olan "Milo" isə Paralimpiya Oyunlarının maskotu seçilib. Onları eyni zamanda "Flo" adlı altı qar dənəciyi müşayiət edəcək.
Məlumat üçün bildirək ki, Milanda və Kortina di Ampezzoda Olimpiya Oyunları 2026-cı il fevralın 6-dan 22-dək, Paralimpiya oyunları isə martın 6-dan 15-dək keçiriləcək.
Qış Olimpiya və Paralimpiya Oyunlarının maskotları təqdim olunub