"Qarabağ" Qəbələ səfərindən böyükhesablı qələbə ilə qayıdır 

"Qarabağ" Qəbələ səfərindən böyükhesablı qələbə ilə qayıdır 

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turdan təxirə salınmış oyun keçirilib.

Tur çərçivəsində “Qəbələ” doğma meydanda lider “Qarabağ”ı qəbul edib. Oyun Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hesabı 47-ci dəqiqədə Adama Diakabi açıb. Hesabda geri düşən “qırmızı-qaralar” 52-ci dəqiqədə azlıqda qalıblar. Feras Abu Akal birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. 59-cu dəqiqədə Riçard Almeyda penaltini dəqiq yerinə yetirib. Cəmi 6 dəqiqə sonra Nəriman Axundzadə 3-cü topu meydan sahiblərinin qapısından keçirib. Son nöqtəni isə 80-ci dəqiqədə Marko Yankoviç qoyub.

Bu qələbədən sonra xallarını 57-yə çatdıran “Qarabağ” zirvədəki yerini möhkəmlədib. “Qəbələ” isə 15 xalla sonuncu pillədə qərarlaşıb.