Əzəmətli Eyfel qülləsi 5 halqa ilə bəzədiləcək 

Əzəmətli Eyfel qülləsi 5 halqa ilə bəzədiləcək 

Parisdə keçiriləcək Yay Oyunları zamanı Eyfel qülləsində Olimpiya halqaları quraşdırılacaq. Bu barədə məlumatı aprelin 8-də “Le Parisien” qəzeti öz səhifələrində yayıb. Məlumatda bildirilir ki, Olimpiya oyunlarına ev sahiblik edəcəyi şəhərin simvolik yerində beş nəhəng halqa quraşdırılır. Paris bunun üçün Eyfel qülləsini seçib.

Qeyd olunur ki, halqalar birinci və ikinci mərtəbələr arasında 60 m hündürlükdə quraşdırıla bilər. Polad konstruksiyaların eni 29 m və hündürlüyü 15 m olacaq. Bundan başqa qüllənin bəzədilməsi açılış mərasiminin yekun mərhələsi olacaq.