Yüksək Liqa: Bu gün kişi voleybolçular arasında çempionun adına aydılıq gələcək

Yüksək Liqa: Bu gün kişi voleybolçular arasında çempionun adına aydılıq gələcək

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada mövsümün final oyunu keçiriləcək.

Həlledici qarşılaşmada “Azərreyl” və “Murov Az Terminal” komandaları qarçılaşacaq. Bakı İdman Sarayında təşkil olunacaq oyuna saat 16:00-da start veriləcək. “Azərreyl” yarımfinalda MOİK-i, “Murov Az Terminal” isə “Neftçi”ni məğlub edərək finala vəsiqə qazanıb. 

Qeyd edək ki, Yüksək Liqanın bürünc medallarına MOİK-ə 3:0 hesabı ilə qalib gələn “Neftçi” komandası sahib çıxıb. .