Daha bir cüdoçumuz Avropa çempionu adını qazandı

Daha bir cüdoçumuz Avropa çempionu adını qazandı

Cüdo üzrə yığma komandamızın üzvü Elcan Hacıyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb. Yarışların son günündə tatami üzərinə çıxan idmançımız -90 kq çəki dərəcəsində Xorvatiya, İspaniya, Gürcüstan və Rumıniyadan olan rəqibləri üzərində parlaq qələbə qazanıb. O, hazırda bu kateqoriyada ən yüksək reytinqli cüdoçu olan gürcüstanlı Olimpiya çempionu Laşa Bekauriyə qalib gəlib və yarımfinala vəsiqə əldə edib. Həlledici görüşdə macarıstanlı Kristof Totu da məğlub edən cüdoçumuz Avropa çempionu titulunu qazanıb.

Qeyd edək ki, E.Hacıyevdən əvvəl Hidayət Heydərov (-73 kq) qızıl, Balabəy Ağayev (-60 kq) isə gümüş medala sahib çıxıb.