Avropa Liqasında yarımfinal mərhələsinə start verilir

Avropa Liqasında yarımfinal mərhələsinə start verilir

Bu gün futbol üzrə UEFA Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək. 
Olimpnews.az xəbər verir ki, Fransanın "Marsel" klubu doğma meydanda İtaliyanın "Atalanta" komandası ilə qarşılaşacaq. "Veledrom" stadionunda keçiriləcək oyunun start fiti saat 23:00-da verilecek. 
Gecənin digər oyununda isə "Roma" və "Bayer 04" komandaları üz-üzə gələcək. Roma Olimpiya stadionunda keçiriləcək oyun saat 23:00-da başlayacaq.