Qazaxıstanın paytaxtı Astanada keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turniri sona yaxınlaşır.
Yarışların sonuncu -üçüncü günündə milli komandamızın daha 4 üzvü mübarizə aparacaq. Təmsilçilərimizdən Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Uşangi Kokauri, Camal Qamzatxanov (hər ikisi +100 kq) tatami üzərinə çıxacaq.
Xatırladaq ki, yarışın ilk günündə komandamızın üzvü Kamran Süleymanov -66 kq çəki dərəcəsində bürünc medala layiq görülüb.
84 ölkədən 450 (235 kişi, 215 qadın) cüdoçunun mübarizə apardığı yarışa bu gün yekun vurulacaq.