Vüsal Qurbanov: "Əsas məqsədimiz Füzuli sakinləri üçün idman bayramı təşkil etməkdir"
BOK
28.04.2025, 13:05
"Bu gün növbəti dəfə işğaldan azad edilmiş tarixi torpağımızda idman bayramına toplaşmışıq". Bu sözləri Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat katibi Vüsal Qurbanov deyib. Ötən il Füzuli şəhərinin işğaldan azad olunması günü münasibətilə, oktyabrın 17-də Aşağı Köndələnçay su anbarında avarçəkmə üzrə "Mingəçevir Reqatası-2024"ün rəsmi açılış mərasimi təşkil olunduğunu xatırladan federasiya nümayəndəsi bu yarışın əhəmiyyətini qeyd edib: "Ötən il işğaldan azad edilmiş Füzuli şəhərinin ikinci dəfə şəhər günü qeyd edilidiyi ərəfədə Füzuli şəhərində "Mingəçevir Reqatası-2024"ün rəsmi açılış mərasimi təşkil olunmuşdu. Həmin beynəlxalq turnir şəhərdə əsl bayram ab-havası yaratmışdı. Bu gün də federasiya rəhbərliyi və nümayəndələri "Prezident Kuboku-2025" çərçivəsində Füzulidədir. Köndələnçay su anbarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş beynəlxalq reqata çərçivəsində yerli sakinlər üçün xüsusi tədbir keçirildi. Əsas məqsədimiz Füzuli sakinləri üçün idman bayramı təşkil etməkdir. Tədbir çərçivəsində avarçəkənlərin nümunəvi çıxışları nümayiş etdirildi. Füzuliyə köç edən sakinlərə isə peşəkar məşqçilərin nəzarəti altında həvəskar qayıqlarda avar çəkmək imkanı yaradıldı. Bundan əlavə, uşaqlar və yeniyetmələr üçün maraqlı viktorinalar təşkil olundu və qaliblər federasiya tərəfindən mükafatlandırıldı". Vüsal Qurbanov əlavə edib ki, sabah Mingəçevirdə beynəlxalq reqatanın paradı keçiriləcək, növbəti gün isə Suqovuşanda yarışların açılış mərasimi və ilk çıxışlar baş tutacaq. “Prezident Kuboku-2025” beynəlxalq reqatası mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib
13.11.2026, 23:32 Olimpiya oyunları
-
Azərbaycan komandası Dakar-2026-nı 6 medalla başa vurub
13.11.2026, 15:00 Olimpiya oyunları
-
Azərbaycan millisi U-23 Avropa çempionatında 7 boksçu ilə mübarizə aparacaq
13.11.2026, 13:30 Boks
-
Bu gün Dakar-2026-nın bağlanış mərasimi keçiriləcək
13.11.2026, 12:09 Olimpiya oyunları
-
UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq
13.11.2026, 10:45 Futbol
-
Azərbaycan şahmatçıları Avropa çempionatını üç medalla başa vurublar
13.11.2026, 00:38 Şahmat
-
Qılıncoynadanımız Dakar-2026-nın son günündə mübarizəyə başlayır
12.11.2026, 23:20 Olimpiya oyunları
-
Azərbaycan komandası medal sıralamasında bir pillə irəliləyib
12.11.2026, 23:03 Olimpiya oyunları
-
Gülər Hüseynova: "Boks üzrə qızlar arasında Yeniyetmələrin Yay Olimpiya Oyunlarının ilk medalını qazandım"
12.11.2026, 17:48 Olimpiya oyunları
-
Azərbaycan komandası Avropa çempionatında ikinci yeri tutub
12.11.2026, 17:30 Gündəm
-
Boksçumuz Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında gümüş medal qazandı
12.11.2026, 16:13 Olimpiya oyunları
-
Dakar-2026: Azərbaycan komandasının bayraqdarları müəyyənləşib
12.11.2026, 13:26 Olimpiya oyunları
-
Azərbaycan konstitusiyası - dövlətçilik tariximizin, suverenliyimizin və milli iradəmizin təcəssümü
12.11.2026, 12:59 Olimpiya dünyası
-
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
12.11.2026, 10:28 Gündəm
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib
12.11.2026, 02:30 Gündəm
-
Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”
12.11.2026, 00:10 Olimpiya oyunları
-
Boksçumuz Dakar-2026-da final görüşünə çıxacaq
11.11.2026, 23:23 Olimpiya oyunları
-
Dakar-2026: Azərbaycan komandası medal siyahısının 12-ci pilləsində qərarlaşır
11.11.2026, 23:09 Olimpiya oyunları
-
Azərbaycan taekvondoçusu Dakar-2026-da gümüş medal qazandı
11.11.2026, 21:56 Olimpiya oyunları
-
Taekvondoçumuz Dakar-2026-nın finalında
11.11.2026, 20:24 Olimpiya oyunları
-
Bakıda cüdo üzrə Avropa çempionatının açılış mərasimi keçirilib
11.11.2026, 18:24 Cüdo
-
Dakar-2026: Taekvondoçumuz finalın bir addımlığında
11.11.2026, 17:00 Olimpiya oyunları
-
Dakar-2026: Boksçumuz finala vəsiqə qazandı
11.11.2026, 16:45 Olimpiya oyunları
-
Bu gün iki idmançımız Dakar-2026-da mübarizə aparacaq
10.11.2026, 23:55 Olimpiya oyunları
-
Dakar-2026: Komandamız ilk "onluğ"u tərk etdi
10.11.2026, 23:21 Olimpiya oyunları
-
Velosipedçimiz Dakar-2026-da çıxışını başa vurdu
10.11.2026, 17:24 Olimpiya oyunları
-
Şose velosipedçimiz Dakar-2026-da növbəti yarışa qatılacaq
10.11.2026, 09:00 Olimpiya oyunları
-
Tunar Quliyev: “Son saniyəyə qədər mübarizə apardım və arzuladığım qələbəni qazandım”
10.11.2026, 04:18 Olimpiya oyunları
-
Elgün Kərimli: "Xalqımızın Zəfər Günündə üçrəngli bayrağımızı fəxri kürsüdə dalğalandırdıq"
10.11.2026, 03:57 Olimpiya oyunları
-
Oyan Nəzəriani: "Biz rəqiblərimizdən hər bir cəhətdən üstün idik"
10.11.2026, 03:52 Olimpiya oyunları
-
Nihad Süleymanlı: "Gələcəkdə çempion olmaq üçün əlimdən gələni edəcəyəm”
10.11.2026, 03:17 Olimpiya oyunları
-
Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında medal qazanan çimərlik güləşçilərimiz Vətənə qayıdıb
10.11.2026, 03:05 Olimpiya oyunları
-
Dakar-2026: Azərbaycan komandası medal siyahısında üç pillə geriləyib
10.11.2026, 00:44 Olimpiya oyunları
-
Boksçumuz Gülər Hüseynova Dakar-2026-da yarımfinala yüksəlib
09.11.2026, 21:52 Olimpiya oyunları