Soçi-2014 Olimpiadası ölkəmizdə canlı yayımlanacaq

Soçi-2014 Olimpiadası ölkəmizdə canlı yayımlanacaq

Bu gün Soçinin "Fişt” stadionunda XXII Qış Olimpiya Oyunlarının təntənəli açılış mərasimi keçiriləcək. Açılış mərasimi Moskva vaxtilə saat 20:14-də başlayacaq. XXII Olimpiada fevralın 23-dək davam edəcək.
Qış Olimpiya Oyunlarını Azərbaycanın İctimai Televiziyası (İTV) canlı yayımlayacaq. Eyni zamanda, İTV-nin efirində olimpiada ilə bağlı xüsusi reportajlar və icmallar da veriləcək.
Qeyd edək ki, Azərbaycanı bu olimpiadada dağ xizəyi və fiqurlu konki sürmə idman növləri üzrə 4 atlet təmsil edir. Soçi-2014 Qış Olimpiya Oyunlarında idmançılarımızın iştirak etdikləri yarışlar və onların çıxışları diqqətdə saxlanılacaq.