Tomas Bax: “Rusiya tarixdə ən yaxşı olimpiadanı təşkil edəcək”

Tomas Bax: “Rusiya tarixdə ən yaxşı olimpiadanı təşkil edəcək”

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Soçinin dünya tarixində ən yaxşı qış Olimpiya oyunlarını təşkil etməyə hazır olduğunu deyib. Beynəlxalq idman qurumu rəhbərinin sözlərinə görə, idmançılar üçün burada ideal şərait yaradılıb.
"Soçidə olimpiadanın təşkili üçün artıq hər şey hazırdır. Biz Olimpiya kəndində olduq və idmançılarla görüşdük. İnanırıq ki, hər şey yüksək səviyyədə olacaq.
Bütün idman obyektləri müasir üslubda inşa edilib və idmançılar üçün əlverişli şərait yaradılıb. Əsası odur ki, atletlər Olimpiya obyektlərinin yaxınlığında yaşayacaqlar. Demək olar ki, 80 faiz olimpiada iştirakçısı yarış yerinə piyada gedə biləcək. Mən bunu indiyədək heç bir Ollimpiya oyunlarında görməmişəm”, - deyə o bildirib.