Olimpiya çempionu 33 il əvvələ qayıtdı 

Olimpiya çempionu 33 il əvvələ qayıtdı 

NBA basketbol Şöhrət zalının üzvü və hazırda televiziya eksperti kimi işləyən Çarlz Barkli ABŞ-ın Barselona-1992 Yay Olimpiya Oyunlarında basketbol idman növü üzrə parlaq qələbəsindən danışıb. "Həmin vaxt məşqçimiz Çak Deyli dedi ki, siz başa düşürsünüz ki, biz uduzsaq, bu, idman tarixində ən böyük kədər olacaq? Biz bu barədə heç vaxt belə düşünmədiyimizi dedik. Deyli bizi məcbur etdi ki, son nəfəsə qədər mübarizə aparaq. Biz onun sözünü yerə salmadıq", - deyə Barkli "Pardon My Take" YouTube kanalında bu məqama toxunub.
Məlumat üçün bildirək ki, 1992-ci il olimpiadası iyulun 25-dən avqustun 9-dək Barselonada keçirilib. ABŞ milli basketbol komandası ulduzlarla zəngin olduğuna görə jurnalistlər tərəfindən “Arzu komandası” adlandırılmışdı.
 

Olimpiya çempionu 33 il əvvələ qayıtdı