Soçidə XXII Qış Paralimpiya Oyunları davam edir

Soçidə XXII Qış Paralimpiya Oyunları davam edir


Soçidə XXII Qış Paralimpiya Oyunları davam edir. Ev sahibi Rusiya yarışlarda 13-cü qızıl medalını qazanıb. Bununla Rusiya paralimpiya yığması Turin-2006 Olimpiadasında göstərdiyi rekord nəticəni bir daha təkrar edib. XXII Qış Paralimpiya Olimpiadasının qızıl və sayca on üçüncü medalını əldə etmək 1 km məsafəyə yarışlarda mübarizə aparan xizəkçi Roman Petuşkova qismət olub.
Qeyd edək ki, Turin-2006 Olimpiadasında oynanılan 58 medaldan 13 qızıl medalı Rusiya paralimpiya yığması əldə etmişdi. Soçi-2014 Qış Paralimpiya Oyunlarında 72 dəst medal oynanılacaq. Yarışlar martın 16-na qədər davam edəcək.