Mbappe Messini qabaqladı

Mbappe Messini qabaqladı

Fransalı futbolçu Kilian Mbappe 400 qol səddinə çatan ikinci ən gənc futbolçu ünvanına sahib çıxıb. 
Olimpnews.az xəbər verir ki, 26 yaşlı futbolçu buna ötən gün Ukrayna millisi ilə oyunda iki qol vurmaqla Nail olub. Əfsanəvi futbolçu bununla da Peledən sonra 400 qol vuran ikinci futbolçu olub. "Sambaçı" 24 yaşında bu göstəriciyə sahib olubsa, Mbappe 26 yaş 10 aylığında bu uğuru təkrarlayıb. Mbappeden sonra isə üçüncü-dördüncü yerləri Lionel Messi Kriştianu Ronaldo bölüşür. Messi 27 yaş 3 aylığında, Kriştianu Ronaldo isə 28 yaş, 11 aylığında 400 qol sədrinə çatıb.