Məhəmməd Salah və Arne Slot barışdı

Məhəmməd Salah və Arne Slot barışdı

Son günlər gündəmdən düşməyən "Liverpul" klubunun baş məşqçisi Arne Slot və Məhəmməd Salah görüşərək münasibətlərinə aydınlıq gətiriblər.

Olimpnews.az xəbər verir ki, misirli futbolçu ilə baş məşqçinin görüşü müsbət nəticələnib. Belə ki, görüşün nəticəsi olaraq Salah yenidən heyətə qayıdıb. Ulduz futbolçu Premyer Liqanın növbəti turunda "Brayton"la oyunda komandanın heyətində yer alacaq.

Qeyd edək ki, Məhəmməd Salah "Lids" ilə matçdan sonra rəhbərlik haqqında sərt ifadələr səsləndirmiş və buna görə də "Inter" klubu ilə Çempionlar Liqasının oyununda iştirak ərizəsinə daxil edilməmişdi.