Futbol üzrə İspaniya Kral Kubokunda 1/8 final mərhələsi çərçivəsində daha iki oyun təşil olunub.
"Barselona" klubu 1/4 finala vəsiqə uğrunda qarşılaşmada ikinci liqa təmsilçisi “Rasinq”lə üz-üzə gəlib. Kataloniya təmsilçisinin 2:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. Hans-Diter Flikin komandasında qələbə qollarını Ferran Torres (66 kq) və Lamin Yamal (90+5) vurub.
Mərhələnin digər oyununda isə "Valensiya" "Burqos"u eyni hesabla üstələyib. "Yarasalar"ın heyətində Ruben İranzo (10) və Umar Sadiq (50) qolla yadda qalıb.


