Nazir Almatının şansını yüksək qiymətləndirib

Nazir Almatının şansını yüksək qiymətləndirib


Qazaxıstanın büdcə planlaşdırması və iqtisadiyyat naziri Erbolat Dosayev Almatının 2022-ci ildə keçiriləcək qış Olimpiya oyunlarına ev sahibliyinə namizədliyi ilə bağlı keçirilən mətbuat konfransında iştirak edib. Jurnalistlərin suallarını cavablandıran nazir məlum məsələyə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) hazırda İsveçrənin Lozanna şəhərində keçirilən növbəti iclasında açıqlayacağı şərtlərdən sonra aydınlıq gələcəyini vurğulayıb.
Erbolat Dosaevin sözlərinə görə, hazırda Qazaxıstan üçün ikinci mühüm məsələ ölkənin Universiada-2017-yə ev sahibliyi etməsidir. O deyib: "Universiada-2017-də iştirak etmək üçün bura dünyanın 100 ölkəsindən tələbə idmançılar gələcəklər. Təbii ki, Tələbələrin Ümumdünya Yay Universiadasının təşkili üçün yaradılan infrastrukturdan Olimpiada-2022-yə namizədlik prosesində istifadə olunacaq. Almatının baza strukturunun yaradılması, çox güman ki, şəhərin olimpiada uğrunda mübarizə aparmasına imkan yaradacaq”.