Azərbaycan karateçiləri Avropa çempionatında üç medal qazanıblar  

Azərbaycan karateçiləri Avropa çempionatında üç medal qazanıblar  

Olimpiya dünyası

Bugün, 13:22

Azərbaycan Karate Federasiyasının Kyokuşin (kay) Senşi karate üslubu üzrə milli komandasının üzvləri Belçikanın Gent şəhərində keçirilən XV IKOKU Avropa çempionatında üç medal qazanıblar.

Olimpnews.az xəbər verir ki, oktyabrın 24-25-də keçirilən qitə birinciliyində Azərbaycan təmsilçiləri bir qızıl, bir gümüş və bir bürünc medala sahib olublar. Yarışda U18 yaş qrupunda +60 kq çəki dərəcəsində mübarizə aparan Selcan Babayeva bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu adını qazanıb.

U21 yaş kateqoriyasında +80 kiloqram çəki dərəcəsində çıxış edən Cəmil Kazımlı gümüş, böyüklər arasında -70 kiloqram çəki dərəcəsində yarışan Sahil Musazadə isə bürünc medala layiq görülüb.

Qeyd edək ki, Azərbaycan milli komandası Avropa çempionatında Azərbaycan Karate Federasiyasının baş katibi, "Kyokuşin (kay) Senşi karate" üslubunun rəhbəri Qabil Sayadovun və nümayəndə Rasim Oqnevin rəhbərliyi altında iştirak edib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR