Bu gün Ümumdünya Cüdo Günüdür

Bu gün Ümumdünya Cüdo Günüdür

Cüdo

Bugün, 13:29

Bu gün - 28 oktyabr Dünya Cüdo Günü kimi qeyd olunur.

Olimpnews.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının (IJF) təşəbbüsü ilə 2011-ci ildən qeyd edilən bu əlamətdar gün cüdonun banisi, yaponiyalı Ciqoro Kanonun doğum gününə təsadüf edir.

Bu gün dünya idmanında özünəməxsus yer tutan Azərbaycan cüdoçularının da bayramıdır.

Azərbaycan cüdosu beynəlxalq arenada qazandığı nailiyyətlərlə ölkəmizin idman şöhrətini yüksəldir. Nazim Hüseynov, Elnur Məmmədli, Hidayət Heydərov və Zelim Kotsoyev kimi Olimpiya çempionlarının uğurları bu ənənənin parlaq nümunələridir. Azərbaycan cüdoçuları bundan başqa Avropa, dünya çempionatları, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, "Böyük Dəbilqə" və saysız-hesabsız nüfuzlu turnirlərdə qalib və mükafatçılar sırasında yer alıb. Bu il  Bakıda keçirilən dünya çempionatında milli komandamızın yeddi medal qazanması da Azərbaycan cüdosunun gücünü bir daha nümayiş etdirib. Bu, Azərbaycanın bir dünya çempionatında əldə etdiyi ən yüksək medal göstəricisi olub. Yığmamız ümumi medal sıralamasında üçüncü yeri tutub.

Bu gün Azərbaycan Cüdo Federasiyasının qarşıya qoyduğu əsas hədəflərdən biri 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarına güclü heyətlə qatılmaq və beynəlxalq yarışlardakı uğurları davam etdirməkdir.

Ümümdünya Cüdo Günü münasibətilə bütün cüdoçuları, məşqçiləri, idman mütəxəssislərini və cüdo ailəsinin üzvlərini təbrik edir, Azərbaycan cüdoçularına yeni qələbələr arzulayırıq!

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR