Taekvondoçularımız klublararası Avropa çempionatında 6 medal qazanıblar

Taekvondoçularımız klublararası Avropa çempionatında 6 medal qazanıblar 

Taekvondo

Bugün, 10:39

Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən klublararası Avropa çempionatında 6 medal qazanıblar.

Olimpnews.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.

Aydan Hüseynova (36 kq, "İrəvan"), Rada Əsəd (44 kq, "Mübariz") qızıl, İslam Quluzadə (33 kq, "Alpman"), Gökalp Çilingir (40 kq, Nərimanov RİK), Renad Zülfiqarlı (+57 kq, "Alov") gümüş, Əkbər Tağıyev (+30 kq, "Atlet") bürünc mükafata sahib çıxıb.

Azərbaycan təmsilçiləri ümumi komanda hesabında bütün rəqiblərini qabaqlayaraq birinci yeri tutub və kubokun sahibi olublar.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR