Gülər Hüseynova: "Boks üzrə qızlar arasında Yeniyetmələrin Yay Olimpiya Oyunlarının ilk medalını qazandım"

Gülər Hüseynova: \"Boks üzrə qızlar arasında Yeniyetmələrin Yay Olimpiya Oyunlarının ilk medalını qazandım\" 

Olimpiya oyunları

Bugün, 17:48

 Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycan idmanı tarixində daha bir əlamətdar uğura imza atılıb.

Olimpnews.az xəbər verir ki, boksçumuz Gülər Hüseynova gümüş medal qazanaraq, Yeniyetmələrin Yay Olimpiya Oyunları tarixində qızlar arasında ölkəmizə ilk Olimpiya medalını qazandırıb.

Yarış ərzində üç görüş keçirən təmsilçimiz finala gedən yolda rəqiblərinə heç bir şans verməyib. Həlledici görüşdə venesuelalı rəqibi ilə gərgin mübarizə aparan Gülər Hüseynova Oyunları ikinci pillədə başa vuraraq gümüş medala sahib çıxıb.

Yarışdan sonra təəssüratlarını bölüşən gənc idmançımız bu tarixi qələbəyə görə sevincini ifadə edərək bildirib:

"Azərbaycan idmanı tarixində bir ilkə imza atdım və boks üzrə qızlar arasında Yeniyetmələrin Yay Olimpiya Oyunlarının ilk medalını qazandım. Finaldakı rəqibim də, mən də çox güclü idik. Lakin günün qalibi o oldu. Bu yolda üzərimdə əməyi olan ailəmə, şəxsi məşqçim Hüseyn Ağayevə və baş məşqçim İlkin Ağayevə dərin minnətdarlığımı bildirirəm". 

Yarışın yüksək səviyyədə təşkil olunduğunu və Seneqal xalqının qonaqpərvərliyini xüsusi vurğulayan Gülər Hüseynova qarşıda onu yeni hədəflərin gözlədiyini və bu nailiyyətlə kifayətlənməyəcəyini qeyd edib. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR