Qusarda güləşin dostluq körpüsü
Güləş
04.08.2026, 12:22
İyulun 27-dən avqustun 4-dək Qusar Olimpiya İdman Kompleksində AİJA-nın təşkilatçılığı ilə sərbəst güləş üzrə II beynəlxalq güləş düşərgəsi keçirilib.
Olimpnews.az xəbər verir ki, artıq ikinci dəfə təşkil olunan düşərgə yalnız idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsinə deyil, müxtəlif ölkələrin gənc güləşçiləri arasında təcrübə mübadiləsinin aparılmasına və dostluq münasibətlərinin möhkəmləndirilməsinə də xidmət edib. Təlim-məşq toplanışında Azərbaycanın müxtəlif bölgələrini təmsil edən yeniyetmə və gənc güləşçilərlə yanaşı, ABŞ, Özbəkistan və Avstriyadan olan 60 nəfərədək idmançı və məşqçi heyəti iştirak edib. Müxtəlif güləş məktəblərinin nümayəndələrinin eyni məkanda bir araya gəlməsi məşq prosesinə xüsusi rəng qatıb. Hər bir iştirakçı həm öz bacarıqlarını nümayiş etdirmək, həm də digər ölkələrin hazırlıq metodlarından faydalanmaq imkanı qazanıb. Düşərgənin əsas məqsədi beynəlxalq təcrübə mübadiləsini genişləndirmək, gənc güləşçilərin fiziki və texniki hazırlığını təkmilləşdirmək, eləcə də Azərbaycanla xarici ölkələr arasında idman və dostluq əlaqələrini daha da inkişaf etdirməkdən ibarət olub. Bu baxımdan Qusarda keçirilən toplanışın əhəmiyyəti təkcə məşq prosesi ilə məhdudlaşmayıb. Gənc idmançılar xalça üzərində rəqib, məşqdən kənarda isə dost kimi ünsiyyət quraraq bir-birlərinin mədəniyyətini və dünyagörüşünü daha yaxından tanımaq imkanı əldə ediblər. İştirakçılar gün ərzində üç dəfə məşq edərək qarşıdakı yarışlara hazırlıq səviyyələrini artırıblar. Gərgin məşq proqramı ilə yanaşı, istirahət günlərində müxtəlif əyləncəli tədbirlər də təşkil olunub. Bu fəaliyyətlər idmançıların asudə vaxtlarını səmərəli keçirməsinə, kollektiv daxilində ünsiyyətin və qarşılıqlı münasibətlərin möhkəmlənməsinə şərait yaradıb. Düşərgənin diqqətçəkən məqamlarından biri Azərbaycan və ABŞ güləşçiləri arasında forma hədiyyələrinin təqdim olunması olub. İdman formalarının qarşılıqlı hədiyyə edilməsi dostluq və həmrəyliyin rəmzinə çevrilib. Hazırlıq prosesinin sonunda isə Amerika və Azərbaycan güləşçiləri arasında dostluq görüşü keçirilib. Qeyd edək ki, tədbirin təşkilində AİJA-nın vitse-prezidenti Ramin Allahverdiyev, sərbəst güləş üzrə beynəlxalq dərəcəli hakim, Əməkdar məşqçi Xəyal Əliyev və Əməkdar məşqçi Ağadədə Allahverdiyev koordinator kimi fəaliyyət göstəriblər.
Xəyal Əliyev düşərgənin təşkilati işlərinin planlaşdırılması, təlim-məşq prosesinin koordinasiyası, xarici nümayəndə heyətlərinin qəbulu və məşqlərin yüksək səviyyədə təşkil olunmasında yaxından iştirak edərək tədbirin uğurla başa çatmasına mühüm töhfə verib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu adını qazandı
15.08.2026, 18:15 Cüdo
-
Gimnastımız dünya çempionatında iştirak edib
14.08.2026, 13:53 Gimnastika
-
Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilir
14.08.2026, 11:40 Futbol
-
Dünya Qadın Seriyasının Azərbaycandakı növbəti mərhələsində 16 komanda iştirak edəcək
14.08.2026, 10:57 Basketbol
-
Avropa çempionatının ilk günündə 3 boksçumuz qələbə qazanıb
14.08.2026, 10:19 Boks
-
"Qarabağ" UEFA reytinqində Azərbaycanın əmsalını artırıb
14.08.2026, 10:05 Futbol
-
Konfrans Liqası: "Qarabağ" pley-offa vəsiqə qazandı
13.08.2026, 22:11 Gündəm
-
«Ən çox sevdiyim iş çörək bişirməkdir»
12.08.2026, 19:30 Formula 1
-
“İdmanı uşaq yaşlarından sev” adlı əyləncəli idman oyunları tədbiri keçirilib
12.08.2026, 18:23 Olimpiya dünyası
-
Argentinalı pilota ziyan vurublar
12.08.2026, 17:50 Formula 1
-
“Çelsi” Enso Fernandes üçün 140 milyon avro tələb edir
12.08.2026, 16:50 Futbol
-
Yardımlıda uşaqlar idman oyunlarında güclərini sınayıblar
12.08.2026, 16:42 Olimpiya dünyası
-
“Barselona” Lautaro Martinezi transfer siyahısına saldı
12.08.2026, 15:23 Futbol
-
"Mercedes" sürücüsü subaylıqla vidalaşır
12.08.2026, 15:01 Formula 1
-
"Xankəndi" klubunda Müşahidə Şurası yaradılıb
12.08.2026, 14:36 Futbol
-
AMADA voleybolçular üçün maarifləndirici tədbir keçirib
12.08.2026, 14:22 AMADA
-
"Şəfa" 4 futbolçu ilə müqavilə imzalayıb
12.08.2026, 14:06 Futbol
-
Lənkəranda səhər idmanı: sağlam həyat tərzinə çağırış
12.08.2026, 13:52 Olimpiya dünyası
-
Sennanın avtomobili satışa çıxarılıb
12.08.2026, 13:39 Formula 1
-
“Barselona” yeni mövsümün üçüncü formasını təqdim etdi
12.08.2026, 13:01 Futbol
-
Duşan Vlahoviç “Beşiktaş”la razılaşdı
12.08.2026, 12:45 Futbol
-
“İdman hamı üçün” kütləvi açıq idman tədbiri keçirilib
12.08.2026, 12:12 Olimpiya dünyası
-
Pilotların yay tətili bir illüstrasiyada yer alıb
12.08.2026, 11:51 Formula 1
-
"Korintians" Memfis Depayla yollarını ayırdı
12.08.2026, 11:41 Futbol
-
Roberto Martinez Niderland millisinin baş məşqçisi ola bilər
12.08.2026, 11:17 Futbol
-
Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək
12.08.2026, 11:01 Futbol
-
Monako rəhbərliyi Pol Poqbanın müqaviləsinə xitam vermək istəyir
12.08.2026, 10:48 Futbol
-
Kriştianu Ronaldo və Corcinya Rodriges evləndi
12.08.2026, 10:29 Futbol
-
Bayer Leverkusen növbəti transferini rəsmiləşdirdi
12.08.2026, 10:10 Futbol
-
"Sabah"ın rəqibi müəyyənləşdi
12.08.2026, 00:12 Futbol
-
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin edib
11.08.2026, 22:36 Futbol
-
Çempionlar Liqası: "Sabah" pley-offa vəsiqə qazandı
11.08.2026, 22:00 Gündəm
-
Horadizdə şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr olunan güləş turniri keçirilib
11.08.2026, 21:07 Olimpiya dünyası
-
Belçikalı ulduz futbolçu "Fənərbağça"da
11.08.2026, 13:43 Futbol