Bakıdakı çimərlik güləşi üzrə beynəlxalq yarışları idarə edəcək hakimlər bəlli olub

 Bakıdakı çimərlik güləşi üzrə beynəlxalq yarışları idarə edəcək hakimlər bəlli olub 

Güləş

Bugün, 18:58

Avqustun 27-29-da "Sea Breeze" istirahət mərkəzində keçiriləcək çimərlik güləşi üzrə beynəlxalq yarışları idarə edəcək hakimlər müəyyənləşib.

Bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Avqustun 27-də təşkil olunacaq U-17 dünya çempionatında Azərbaycanı milli dərəcəli hakimlər Rəvan Rəcəbov və Ceyla Nağızadə təmsil edəcəklər. 

Hər iki hakim yarışda ədaləti qorumaqla yanaşı, beynəlxalq kateqoriyalı hakimlik statusu əldə etmək üçün imtahandan da keçəcək.

Avqustun 28-29-da keçiriləcək Dünya Seriyasının IV mərhələsində isə I-S dərəcəli hakimlər Asif Şirəliyev, Sədi Quliyev və Bəşir İsazadə qarşılaşmaları idarə edəcəklər.

U17 dünya çempionatında ümumilikdə 20, Dünya Seriyasının IV mərhələsində isə 13 hakim ədaləti qoruyacaq. 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR