“Aston Villa”dan iki transfer

“Aston Villa”dan iki transfer

Futbol

Bugün, 13:15

İtaliyalı müdafiəçi Matteo Ruggeri və Yaponiya millisinin qapıçısı Zion Suzuki İngiltərənin “Aston Villa” komandasına keçib.

Ruggeri İspaniyanın “Atletiko Madrid” klubundan transfer olunub.O, 2025/2026-cı illər mövsümündə İspaniya La Liqasında 26 matç keçirib və 3 məhsuldar ötürmə edib. 24 yaşlı müdafiəçi Çempionlar Liqasında isə 15 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb. İspaniyalı futbolçu 2025-ci ildən “Atletiko”nun formasını geyinirdi.

Zion Suzuki isə Birmingem klubuna İtaliyanın “Parma” komandasından keçib. Yaponiyalı qapıçı geridə qalan mövsümdə 22 oyunda iştirak edib, 30 qol buraxıb və 6 dəfə qapısını toxunulmaz saxlayıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR